Moskva vilayət polisi aralarında azərbaycanlının olduğu cinayətkar dəstənin oğurladığı və Vladimirsk vilayətində saxladığı qadını azad edib. Moskva vilayət polisi aralarında azərbaycanlının olduğu cinayətkar dəstənin oğurladığı və Vladimirsk vilayətində saxladığı qadını azad edib.

Moskvada cinayətkar dəstə saxlanıldı - Dəstədə azərbaycanlı da var

Moskva vilayət polisi aralarında azərbaycanlının olduğu cinayətkar dəstənin oğurladığı və Vladimirsk vilayətində saxladığı qadını azad edib.


APA-nın "RIA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Moskva vilayəti üzrə Daxili İşlər Nazirliyi idarəsi məlumat yayıb.

Onlar qadından pul və qiymətli əşyalarını verməsini, o cümlədən Moskva və Moskva ətrafındakı daşınmaz əmlakı adlarına keçirməsini tələb ediblər.

Polisin məlumatına görə, cinayətkarlar qadını ona məxsus evlərdən birinin yerləşdiyi Balaşixa şəhərində girov götürüblər. Qadının tanışı olan işsiz azərbaycanlı əlbir olduğu iki şəxslə birlikdə onun əllərini bağlayıb və güc yolu ilə avtomobilə əyləşdirib. Oğurlanmış qadın Vladimirsk vilayətinə aparılıb və 2 gün orada saxlanılıb.

Sentyabrın 12-də cinayətkarlardan biri qadını Moskvadakı mənzilinə gətirib və onun qiymətli əşyalarını əldə etməyə çalışıb. Həmin şəxs həmin ünvanda qadının axtarışı ilə məşğul olan DİN əməkdaşları tərəfindən saxlanılıb. Sonra dəstənin digər üzvləri tutulub.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə bölməsi tərəfindən "Adam oğurluğu" maddəsi ilə cinayət işi başlanılıb. Qadın girov saxlayan şəxsləri 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.