Salyanda bıçaqlanma hadisəsi qeydə alınıb. Salyanda bıçaqlanma hadisəsi qeydə alınıb.

26 yaşlı oğlan bıçaqlandı - Salyanda

Salyanda bıçaqlanma hadisəsi qeydə alınıb.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bu gün saat 20.00 radələrində Salyan şəhərində rayon sakini A.Hüseynov küçəsində yaşayan 1989-cu il təvəllüdlü Mehdiyev Şahin Heydər oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Sonuncu qarın nahiyəsindən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Salyan rayon xəstəxanasına daxil olub. Hazırda yaralı cərrahiyə əməliyyatına götürülüb. Onun çoxlu qan itirdiyi qeyd edilir.

Faktla bağlı Salyan polis şöbəsində araşdırma aparılır.