- Köhnə - Kriminal
- 7 Yanvar 2016 23:22
- 9 565
“Baron Şəmi”ni belə tutdular - Xüsusi əməliyyat videosu

Xəbər verdiyimiz kimi, bu gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhərində yaşayan “Baron Şəmi” ləqəbli Şəmsəddin Kərimov şübhəli şəxs qismində saxlanılıb.
Əvvəllər 6 dəfə məhkum olunmuş "Baron Şəmi"nin evinin həyətindəki quyudan gizlətdiyi ümumi çəkisi 28 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 12 kiloqram 550 qram həşiş qətranı, 7 kiloqram 110 qram tiryək, 6 kiloqram 981 qram heroin və 1 kiloqram 137 qram marixuana aşkar edilərək götürülüb.AzNews.az ans press-ə istinadən keçirilən xüsusi əməliyyatın görüntülərini təqdim edir: