- Köhnə - Kriminal
- 20 Yanvar 2016 14:55
- 6 860
Saxta pul satan şəxs saxlanıldı - Bakıda
Bakıda saxta pul satan şəxs tutulub.
AzNews.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 19-da Biləcəri qəsəbə sakini Şahbaz Qurbanov Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə müraciət edərək naməlum şəxsin ona 23000 rubl saxta əskinas satdığını bildirib.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini İsmayıl Qasımov saxlanılıb, ondan 5000 rubl saxta əskinas götürülüb.