İclasda Türkiyəni Basat Öztürk təmsil edir İclasda Türkiyəni Basat Öztürk təmsil edir

NATO Türkiyə ilə bağlı təcili toplandı

İclasda Türkiyəni Basat Öztürk təmsil edir

Türkiyənin tələbi üzrə keçirilən NATO toplantısı öz işinə başlayıb.

AzNews.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Məlumata görə, iclasda Türkiyəni NATO-dakı Daimi Nümayəndəliyinin rəhbəri Basat Öztürk təmsil edir.

Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq öz “Twitter” hesabında NATO-nun Türkiyənin tələbi üzərinə bu gün fövqəladə toplantı keçirəcəyini bildirmişdi: “NATO-nun 4-cü maddəsinə əsasən, Türkiyə Suriyadakı son proseslərin dəyərləndirilməsini tələb edib. Tələbə əsasən, bu gün Alyans fövqəladə toplantı keçirəcək”.

Ləman Hüseynzadə