Sabah Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçiriləcək

Sabah - dekabrın 16-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçiriləcək.

Toplantıda növbədənkənar Prezident seçkiləri ilə əlaqədar bir sıra məsələlərə baxılacaq.

Xatırladaq ki, 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar Prezident seçkiləri təyin edilib.

Dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyi irəli sürülməsi barədə qərar qəbul edilib.