- Soldan sağa
- 22 May 14:13
- 2 932
Emin Əmrullayevdən yeni təyinat

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyinat olub.
Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb.
Əmrə əsasən, Goranboy-Naftalan təhsil sektorunun müdiri vəzifəsinə Vüsal Cəfərov təyin olunub. V.Cəfərov buna qədər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayon təhsil sektorunun müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, Goranboy-Naftalan təhsil sektoruna müdiri vəzifəsini Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşı Əli Cəfərov icra edirdi.
Təhsil sektorunun əvvəlki müdiri Xəyal Məmmədov bu illin fevralında yoxlamanın nəticəsinə əsasən vəzifəsindən azad edilib.
AzNews.az
