- Köhnə - Maraqlı
- 6 Noyabr 2012 06:16
- 4 698
Eyni vaxtda 8 sevgilisi olan - NAZİR
Bir qızana ata tapa bilmir
Fransanın keçmiş ədliyyə naziri, Avropa Parlamentinin üzvü Raçida Datinin şəxsi həyatı ilə bağlı iddialar, eləcə də qızının atasının kim olduğu barədə məlumatlar mübahisələrə səbəb olub.
"Le Monde" qəzeti xəbər verir ki, 47 yaşındakı keçmiş nazir qızı Zohraya hamile olduğu zaman nə az-nə çox düz 8 sevgilisi olub.
Dati qızının atası olduğunu iddia edərək 68 yaşlı milyarder iş adamı Dominik Desingi DNA testinə məcbur etmək istəsə də, iş adamı bu təklifi rədd edib. Desingin vəkillərinin məhkəməyə təqdim etdikləri sənədlərdə Datinin eyni zamanda daha 7 sevgilisinin olduğu bildirilib.
Datinin əlaqəsinin olduğu şəxslər arasında aparıcı, nazir, hətta İspaniya baş naziri Jose Maria Anzar, Nicolas Sarkozinin qardaşı, qətərli məhkəmə hakiminin də olduğu deyilir.
Elnarə Əlosmanqızı
AzNews.az