“Nuridə Küskünün yalanını üzə çıxardım” - FALABAXMA

"Özünü ektrasens, xalq şəfakarı kimi təqdim edən Nuridə Küskün Şuşalı yalan danışır". Bunu AzNews.az-a açıqlamasında el arasında loğman kimi tanınan İsmayıl Vəliyev bildirdi.

İ.Vəliyevin sözlərinə görə, bunun günahı ona fəlsəfə elmləri doktoru elmi adını verənlərdədir: "O, heç bir vaxt kosmosla əlaqə qura bilməz. Sən hara kosmos hara? Adamlardan 50 manat alır, yalandan guya, nəsə yazır, deyir ki, apar qoy yastığının altına. Amma heç bir nəticəsi yoxdur. Utanmadan deyir ki, mən İbrahim Tatlısəsi bir seansla müalicə edərəm. Nədir ki, müştəri yağsın. Əgər sən belə güclüsənsə niyə məndən qorxub qaçırdın?

Niyə məndən görüşmədin? Qorxundan belə məni qəbul etmədin. Hələ bu harasıdır, deyir ki, "ekstrasenslər, xalqı aldatmayın". Xalqını aldadan kimdir? Sən Nuridə Küskün...Mən onu ATV-də görən kimi tanıdım. Efirə çıxan kimi başladı xalqı aldatmağa. Nə bilim bunu 10 yaşında ildırım vurub, 40 gün yatıb, sonra Allah tərəfindən vergi verilib, insanları müalicə edir. Bu qədər də yalan olmaz axı. Mən başa düşə bilmirəm, belə adamları efirə niyə buraxırlar? Xalqı çaşdırmağa, ya onlara pul qazandırmağa? Mən Nuridə Küskünün yalanını 2005-ci ildə üzə çıxardım. Onun "Dostluq" kinoteatrının yanında bir ofisi vardı.

Guya, dünyanın 10 tanınmış ekstrasensi bunun yanına gəlir. Bu mənə maraqlı gəldi, getdim ki, görüm bu kimdir. Məqsədim bununla mütaliə edib, savadını yoxlayıb, insanlara kömək etmək idi.

Onun qəbuluna 10 gün düşə bilmədim. Şəkilimi verdim ki, baxsın. İki gündən sonra getdim, dedi ki, baxa bilməyib, Guya, ulduzlarla haradasa görüşə bilməyib. Bu yalanlar kimə lazımdır? Sənə, yoxsa Nanə xanıma? Mən səni savadımla məhv edərəm. Dünyaya sübut edərəm ki, bu qadın yalançıdır, onun kosmosla ilə heç bir əlaqəsi yoxdur."

Qeyd edək ki, ekstrasens Nuridə Küskün ATV kanalında Nanə xanımın verilişində qonaq olub.

Bahar Rüstəmli
AzNews.az