Gəlin 18 min dollarlıq üzüyü uddu

Massaçusets ştatının sakini Endi Muron toy günü gəlini xəstəxanaya aparmalı olub.

AzNews.az CNN-ə istinadən bildirir ki, 26 yaşlı Muron sevgilisi, 23 yaşlı Elizabet Metyuya sürpriz etmək istəyib.

O, toyda gəlinə vermək istədiyi brilyant qaşlı üzüyü tortun içində gizlədib.
Lakin Elizabet tortu yeyərkən həyat yoldaşının hədiyyəsini görməyib və 18 min dollarlıq üzüyü udub.

Az sonra qarnında ağrılar başlayan gəlini xəstəxanaya aparıblar və üzük endoskopiya vasitəsilə çıxarılıb.

AzNews.az