Marixuana “turşusu“ - YENİLİK

Adətən insanlar qış aylarında meyvə-tərəvəz turşüsu, müxəlif tutmalar qoyurlar. Stavropolda isə bir ailənin üzvləri marixuana və digər narkotik tərkibli bitkilərin "qış tədarükü"nü ediblər. Narkotiklərin toxumları üç litrlik balonlara yığılaraq ağzı möhkəm bağlanıb.

Şübhəli şəxslər marixuana və bir neçə narkotik tərkibli bitkiləri yetişdirərək onların tədarükünü ediblər. Tutulan zaman onların evlərində o qədər çox "konservləşdirilmiş" narkotik olub ki, polislər təəccüblərini gizlədə bilməyiblər.

Ümumilikdə 97 kisə narkotik tərkibli bitki və gələn "mövsüm" üçün tədarük edilmiş 21 toxumla dolu balon müsadirə edilib.
Narkotiklərin ümumi çəkisi 1940 kiloqramdır.

AzNews.az