- Köhnə - Maraqlı
- 7 Noyabr 2012 12:13
- 2 838
Fransanın “birinci xanımı” işdən qovuldu

Müdiri onu “ipi çəkilən bomba” adlandırıb
Fransa prezidenti Fransua Hollandın həyat yoldaşı, ölkənin "birinci xanımı" Valeriya illərdir ki, çalışdığı "Paris Match" jurnalından qovulub.
Jurnalın sahibi Arnaud Laqarde 47 yaşlı "birinci xanım"ın əmək müqaviləsinin bu ilin sonunda bitdiyini bildirərək müqaviləni yeniləməyəcəklərini vurğulayıb. Mətbuata açıqlamasında milyarder jurnal rəhbəri "birinci xanım"ın onlara mütəmadi olaraq problem yaratdığını bildirərək onun barəsində "ipi çəkilən bomba" ifadəsini işlədib.
"Birinci xanım"la mübahisələrin işdən uzaqlaşdırılmaya qədər davam etməsinə səbəb bir neçə həftə öncə çalışdığı jurnalın üz qabığında ondan icazə alınmadan şəklinin dərc olunmasına etirazını bildirməsi olub.
Elnarə Əlosmanqızı
AzNews.az