İtmiş əşyalarınızı tapacaq cihaz

Bir çox insanlar itmiş əşyalarına görə üzülürlər və onu tapana qədər fikirləri özlərində olmur. Elm adamları isə bu cür narahatçılığa son qoymaq üçün yeni cihaz kəşf ediblər.

AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi görə, Gadget Hound adlanan bu yeni aparat itmiş əşyaları tapmaq üçün əvəzsiz vasitədir. Belə ki, lazımlı və itirilməsindən qorxduğunuz əşyaların üzərinə siqnal ötürücü yapışdırırsınız.

Əsas qurğu isə 280 metr radiusda olan siqnalları qəbul edə bilir. Beləliklə sizin itmiş əşyanız 280 metr radiusda olarsa yeni cihaz vasitəsi ilə onu tapmaq sizin üçün heç də çətin olmayacaq.

Sadiq Musa
AzNews.az