Misir prezidentini internetdə satışa çıxardılar Misir prezidentini internetdə satışa çıxardılar

Prezident satışa çıxarıldı - 100 minlik hərrac

Misir prezidentini internetdə satışa çıxardılar


e-Bay internet-hərracında qeyri-adi lot keçirilib.

AzNews.az xəbər verir ki, insanlar Misir prezidenti Əbdül Fəttah əs-Sisini satmaq qərarına gəliblər. Cəmi bir neçə saat ərzində Misir liderinin dəyəri 100 min dolları ötüb. "Məhsul"un təsvirində qeyd olunub ki, əs-Sisi feldmarşal, hərbçi keçmişi olan fəlsəfə doktorudur. Bununla yanaşı Misir prezidenti "əvvəlki sahibləri tərəfindən istifadə olunmuş" kimi xarakterizə olunub. Lakin "yaxşı vəziyyətdə" olduğu da vurğulanıb.



Lakin e-Bay sözügedən yumoru dəyərləndirməyib. Elan silinib.

Qeyd edək ki, elan əs-Sisinin iqtisadi inkişaf planı barədə danışarkən "bacarsaydım özümü satardım" kimi açıqlamasından sonra internetə yerləşdirilib.

Aydan Axundova