Şeyx piramidaları dağıtmağa çağırdı

Misirli Şeyx Murqan Salem əl-Quxari Böyük Sfinks piramidasını məhv etməyə çağırıb. "Əl Ərəbiyə" telekanalının məlumatına görə, bundan əvvəl iki dəfə mühakimə edilən Şeyx bildirib ki, hər bir müsəlmanın vəzifəsi belə simvolları məhv etməkdir.

"Allah Məhəmməd peyğəmbərə belə simvolları məhv etmək tapşırığı verib. Biz də Misirdə hər yeri dolduran bu abidələrə qarşı eyni cür davranmalıyıq. Mən "Taliban"nın sıravi üzvü olanda əfqan hökumətinin etmədiyini etdik - Buddanın abidəsini yıxdıq" deyə Şeyx vurğulayıb.

Qeyd edək ki, Şeyx Misirdəki əvvəlki hakimiyyət zamanı ömürlük həbs cəzasına məhkum edilsə də, Əfqanıstana qaçıb. Oradan isə Pakistana keçərək daha sonra Suriyada görünüb. Bu ölkədən deportasiya edilən Şeyx hakimiyyət dəyişikliyindən sonra sərbəst buraxılıb.

Elnarə Əlosmanqızı
AzNews.az