Makedoniyalı İsgəndərin xəzinəsi tapıldı

Makedoniya imperatoru İsgəndərin əfsanəvi xəzinəsi tapılıb. Türkiyə mətbuatının məlumatına görə, İşgəndər və onun atası 2-ci Filipə aid olduğu hesab edilən xəzinə antik məzarların içində aşkarlanıb.

Bolqarıstanın şimalında qədim Trak qəbiləsindən qalan bir məzarda aparılan araşdırma zamanı 2 min 400 illik tarixi əsərlər aşkar edilib. Araşdırma qrupunun rəhbəri Diana Gergovanın sözlərinə görə, xəzinədə qızıl zinət əşyaları, atlar üçün qızıl bəzəklər, 4 bilərzik və bir üzük tapılıb.

At üçün nəzərdə tutulan bəzəklərin oxşarı 2-ci Filipin məzarında da aşkarlandığından mütəxəssislər bu xəzinənin Makedoniyalı İsgəndərə aid olduğunu düşünür.

Elnarə Əlosmanqızı
AzNews.az