Seçki Şurasına velosipedlə gedən PREZİDENT

Ekvador prezidenti Rafael Korrea növbəti seçkilərdə iştirak etmək niyyətini bildirmək üçün Seçki Şurasına velisopedlə gəlib. Ölkə mətbuatının məlumatına görə, 2013-cü ilin fevralında keçiriləcək seçkilərdə prezidentin namizədliyi artıq qeydiyyata alınıb.

Prezidenti velosiperdlə görən tərəfdarları təəccüblərini gizlədə bilməyiblər.

Qeyd edək ki, Ekvador prezidenti mütəmadi olaraq burjuaziyanı tənqid atəşinə tutur.

Elnarə Əlosmanqızı
AzNews.az