Yeni “peyğəmbər” peyda oldu

Amerika polisi 43 yaşlı ərini öldürmək istəyən 36 yaşlı qadını həbs edib. "Huffington Post"un məlumatına görə, hadisə Cənubi Koralina ştatında baş verib. Qadın ərinin öldürülməsi tapşırığının ona İsa peyğəmbər və Məryəm ana tərəfindən verildiyini bildirib.

Ərinin iblis olduğunu iddia edən qadın ruhunu şeytana satan ərini öldürə bilməsə də, ona müəyyən qədər xəsarət yetirib. Bundan başqa qadın dünya yeni xilaskarı kimi tanrı tərəfindən göndərildiyini də iddia edib.

Həbs edilən qadın həkim müayinəsindən sonra təkadamlıq kameraya salınıb. Onun girov müqabilində azad edilməsi mümkün deyil.

Elnarə Əlosmanqızı
AzNews.az