Prezident hicaba qarşı çıxdı

Qazaxıstan prezidenti Nursultan Nazarbayev qadınları hicabdan imtina etməyə çağırıb. Qazaxıstanda qadınların hicab taxmasına ehtiyac olmadığını deyən prezident "ərəblərin hicabını taxmaq və qadınları, qızları orta əsrlərə göndərmək bizim yolumuz deyil" - deyə vurğulayıb.

Prezident islam dininə sadiq qalacaqlarını bildirməklə yanaşı, gənclərin tərbiyəsinə diqqət yetirməyə çağırıb: "Biz müsəlmanıq, müsəlmanları dəstəkləyirik və gələcəkdə də dəstəkləyəcəyik. Ancaq bizim qadınlar heç vaxt hicab taxıb üzlərini gizlətməyiblər".

Elnarə Əlosmanqızı
AzNews.az