Panda balasının qorxudan ürəyi getdi - FOTO+VİDEO

Yaponiyanın Sapporo şəhərinin "Maruyama" heyvanxanasında məzəli hadisə baş verib. Burada işləyən fəhlənin uzunboğaz çəkməsini görən qırmızı panda balasının ürəyi gedib.

AzNews.az-ın "Animalworld"-a istinadən verdiyi xəbərə görə, fəhlənin yaxınlaşdığını hiss etməyən panda özünü günəşə verirmiş. Birdən burnunun önündən keçən uzunçəkməli kişini görən panda bir anlıq huşunu itirir. Özünə gələn kimi isə tez hadisə yerindən dabanbasaraq qaçır. Onun yanında olan digər panda isə sanki dostunu sakitləşdirir və onu yalayaraq "qorxma, hər şey qaydasındadır" deyir.



İnci
AzNews.az