NASA “qiyamət günü”ndə insanları istirahətə çağırdı

21 dekabrda qiyamətin baş verəcəyi ilə bağlı müzakirələrdə fikirlərinə yüksək qiymət verilən amerikalı mütəxəssis Don Yomans daha bir açıqlama ilə çıxış edib.

NASA-nın proqram rəhbəri olan D.Yomans 21 dekabrda dünyanın sonu olacağı ilə bağlı məlumatlardan qorxuya düşən insanları istirahət etməyə çağırıb.

NASA təmsilçisi bildirib ki, qiyamət xəbərlərindən təşvişə düşən insanlara həmin gün istirahət olduqca vacibdir.

Bu günlə bağlı bütün dünyanın təşviş içində olduğunu vurğulayan Yomans internetdə məhz bu mövzunun daha çox axtarışa verildiyini bildirib.

21 dekabrda gözlənilənlərlə bağlı bir versiya da Nibiru planetinin Yerlə toqquşacağı və yeri parçalara ayıracağı ilə bağlıdır. Yomansın sözlərinə görə, bəzi şəxslər Nibirunun həqiqətən da mövcud olduğuna inanırlar. Onların fikrincə, astronomlar bu planetin varlığını məhz qiyamət gününə görə insanlardan gizlədib. NASA eksperti isə əmin edib: "Nibiru planeti təxəyyül məhsuludur".

Elnarə Əlosmanqızı
AzNews.az