Alimlər ilk dəfə olaraq Günəş sistemindən kənarda su buludu aşkarlayıb. Alimlər ilk dəfə olaraq Günəş sistemindən kənarda su buludu aşkarlayıb.

Günəş sistemindən kənarda su tapıldı

Alimlər ilk dəfə olaraq Günəş sistemindən kənarda su buludu aşkarlayıb.


Yerdən 7.2 işıq ili uzaqlıqda yerləşən və "WISE 0855" adı verilən Yupiterə bənzəyən "qəhvə rəngli cırtdan" olaraq tanınan göy cismində su buxarı və buludlar aşkarlanıb.

ABŞ-da Kaliforniya universitetində aparılan araşdırmalardan sonra astronomlar ilk dəfə olaraq bu cür kəşfə nail olub.

"Qəhvə rəngli cırtdan"lar yalnız ulduzlararası qaz buludlarının çökməsidən meydana gəlir və nə planet nə də ulduz olduğu üçün bu cür adlanırlar.

"WISE 0855" Mars, Yupiter və Saturndan sonra su tapılma ehtimalı olan ilk göy cismi olaraq tanınır.

Ötən ilin sentyabrında ABŞ Milli Aviasiya və Kosmik Agentliyi (NASA), Mars planetinin səthində su tapıldığını və bu suyun maye halda olduğunu bildirib. Alimlər bildirib ki, Marsda dövri olaraq "axan su" haqda dəlillər tapılıb.

O da qeyd olunub ki, Mars yer qatından hündürlükdə olduğu üçün orada yalnız yosunlar yetişir. Marsda yer qatından da daha əlverişli atmosfer var, ancaq genetika mühəndisləri ilə birlikdə bitkilərin dözümlülüyü artırılaraq bu problemlər aradan qaldırıla bilər. Marsda olan su ilə bitkilər sulana bilər.


Anspress.com