- Köhnə - Maraqlı
- 24 Noyabr 2012 16:15
- 5 412
Kişilərin ət “sevgisi”nin SƏBƏBİ
"Kişilərin ət yeməklərinə olan marağı öz kişiliklərini hiss etmək həvəsindən irəli gəlir". ABŞ-da keçirilən tədqiqat mütəxəssislərin bu qənaətə gəlməsinə səbəb olub.
Bellarmin Universitetinin nümayəndəsi Henk Potqerberin bildirdiyinə görə, bir çox ölkələrdə, o cümlədən Amerikada ət patriarxatın simvolu hesab edilir.
"Bu məqam xüsusilə ictimai yerlərdə diqqətə alınır. Əgər kişi ictimai yerdə, hamının gözü qarşısında ancaq ət yeməkləri yeyirsə, bu onun öz kişiliyini nümayiş etdirmək cəhdidir" deyə tədqiqat müəllifləri qeyd edib.
Universitet təmsilçilərinin sözlərinə görə, ətin insan səhhəti üçün yaratdığı problemlərə baxmayaraq, hələ də bir çox amerikalı ətdən imtina etmir.
Bellarmin Universitetinin 125 tələbə arasında keçirdiyi sorğunun nəticələrinə görə, kişilərin böyük əksəriyyəti əti məmniyyətlə yeyir. Onlar bu zaman heyvanların məhv edilməsi ilə bağlı heç bir narahatlıq keçirmədiklərini bildirərək bunu təbiətin qanunu kimi izah ediblər.
Elnarə Əlosmanqızı
AzNews.az