Məlum olduğu kimi, noyabrın 8-də ABŞ-da ümumxalq prezident seçkiləri keçiriləcək. Məlum olduğu kimi, noyabrın 8-də ABŞ-da ümumxalq prezident seçkiləri keçiriləcək.

Klintonla Trampın xərclədiyi pullar - 5 milyona qarşı 125 milyon dollar (İnfoqrafika)

Məlum olduğu kimi, noyabrın 8-də ABŞ-da ümumxalq prezident seçkiləri keçiriləcək.


Ölkənin ən mühüm 2 partiyasından – Respublikaçılar və Demokratlar Partiyasından namizədlər artıq təyin olunub.

AzNews.az-ın məlumatına görə, sabiq dövlət katibi Hillari Klinton Demokratlar Partiyasından namizəd seçilib. Artıq Hillari Klinton prezident seçkilərində Demokratlar Partiyasından prezidentliyə namizəd olmağa razılıq verib.
Bununla o, ölkə tarixində prezidentliyə ilk qadın namizəd olub.

Respublikaçılar partiyasından isə milyarder Donald Trampın namizədliyi təsdiqlənib. Namizədlərin seçkiöncəsi təbliğat və təşviqat kampaniyası davam edərkən maliyyə mənbələri və ayrılan pulun miqdarı diqqət çəkib.

AzNews.az Opensecrets.org-un 2016-cı il iyulun 28-ə olan göstəricilərinə əsasən, Klinton və Trampın 5 nəhəng maliyyə mənbəsini təqdim edir:

Klinton – ümumilikdə 125 205 990 dollar

İnvestisiya fondları: 41 399 247$
Təqaüdçülər: 31 624 860$
Hüquqşünaslar, hüquq şirkətləri: 23 080 181$
Televiziya və kino sənayesi: 17 757 404$
Qeyri-kommersiya təşkilatları: 11 344 298$

Tramp - ümumilikdə 5 674 322 dollar

Təqaüdçülər: 3 840 878$
Daşınmaz əmlak şirkətləri: 678 173$
Biznes nümayəndələri: 415 250$
Finansçılar: 374 700$
Tibb işçiləri: 365 321$

Aydan AXUNDOVA