Ofisiant qadın “qəhrəman”lığı haqda kitab yazacaq Ofisiant qadın “qəhrəman”lığı haqda kitab yazacaq

Məmurun yeməyindən tüpürcək çıxdı

Ofisiant qadın “qəhrəman”lığı haqda kitab yazacaq



Ukraynanın deputatı Valentin Matveyev xörəyində tüpürcək aşkar etdikdən sonra Ali Radanın yeməkxanasında işləyən Yuliya Borşenkonu işdən azad ediblər.

Sən demə yeməkxanada ofisian işləyən qadın ara-sıra menyuya tüpürcək də əlavə edirmiş. Etdiyi hərəkətinə görə sorğu-suala tutulan Yuliya Borşenko, "qəhrəman"lığını belə izah edib: "Siz elə bilirsiz ki, Ali Radanın yeməkxanasında bizə milyonlar ödəyirlər? Bu heç də belə deyil. Mənim maaşım cəmi 3200 qrivendir. Paytaxt üçün bu qəpik-quruşdu. Burada işlədiyim 4 il ərzində əsas məqsədim deputatlardan və bura gələn məmurlardan qisas almaq olub. Əgər kimsə fikirləşir ki, etdiyim hərəkətə görə peşimanam, çox yanılır. Bu, mənim siyasi mövqeyimdir".

AzNews.az-ın "Qazeta Kiyevskaya"ya istinadən verdiyi xəbərə görə, hərəkətinin rezonans doğurduğunu görən qadın bu haqda kitab yazmağı da qərara alıb.

İnci
AzNews.az