Türkiyənin Aile ve Sosial Siyasətlər Nazirliyi xoşbəxt evliliyin sirlərinin açıqlandığı kitab nəşr edib Türkiyənin Aile ve Sosial Siyasətlər Nazirliyi xoşbəxt evliliyin sirlərinin açıqlandığı kitab nəşr edib

Xoşbəxt evliliyin 10 QIZIL QAYDASI

Türkiyənin Aile ve Sosial Siyasətlər Nazirliyi xoşbəxt evliliyin sirlərinin açıqlandığı kitab nəşr edib




Kitabda ailələrin xoşbəxt evliliyinin uzun müddət davam etməsi üçün 10 qızıl qayda yer alıb.

1. Diqqət: Qarşısındakının düşüncələrini anlamaq, onun maraq dairəsiniə və dünyasına daxil olmaq.
2. Qəbul: Həyat yoldaşının müsbət yöndəki ismarışlarını, hərəkətlərini görmək və onları qəbul etmək.
3. Minntədarlıq və tərif: Həyat yoldaşına duyduğun minnətdarlığı sözlərlə, davranışlarla sərgiləmək.
4. Dəstək: Hər hansı problem və ya çətinlik qarşısında həyat yoldaşının yanında olmaq, ona dəstək vermək. 5.Cəsarətləndirmə: Bir məqsədə çatmaq üçün onu təşviq etmək, həvəsləndirmək, cəsarət vermək.
6. Təqdir etmək: Vaxtaşırı olaraq onun hərəkətlərini, fikirlərini təqdir etmək, müsbət fikirlər söyləmək.
7. Sevgi ve şəfqət: Şəfqətli davranış və fiziki yaxınlıqda olmaq.
8. Güvən: Bir-birinə qarşı güvən hissi duymaq, qarşılıqlı şəkildə zərər görməyəcəyini anlatmaq.
9. Ovutma: Diqqətlə seçilən kəlmələr, duyğular və toxunmaq yolu ilə onun yanında olduğunu, onu anladığını hiss etdirmək, lazım gəldiyində onu ovundurmaq.
10. Hörmət: Qarşındakına dəyər vermək və bu dəyəri ifadə etmək. Evlilikdə sevgi kəlməsi çox zaman hörmətlə bir arada çəkilir.

Evliliyin qızıl kəlməsi: 10 dəqiqə.

Xoşbəxt evliliyin davam etməsi üçün bir-birinizə ayıracağınız 10 dəqiqənin böyük önəmi var. Vaxtın qısa olduğunu düşünüb bundan vaz keçməyin. Hər gün həyat yoldaşınızla bir-birinizə ayıracağınız 10 dəqiqə mütləq olmalıdır. Baş-başa qalıb sakitcə oturacağınız bu dəqiqələrdə gününüzün necə keçdiyini anlada bilərsiniz. Həmçinin ikinizin də xoşlandığı musiqini dinləmək, çay içmək və ya şeir oxumaq evliliyinizi daha da uzunmüddətli edə bilər. Bu 10 dəqiqəni sadəcə və sadəcə SİZƏ ayırın.

Elnarə Əlosmanqızı
AzNews.az