21 yanvar dünyada çox maraqlı bayram kimi qeyd olunur 21 yanvar dünyada çox maraqlı bayram kimi qeyd olunur

Bu gün Beynəlxalq Qucaqlama günüdür

21 yanvar dünyada çox maraqlı bayram kimi qeyd olunur


Bu gün beynəlxalq Qucaqlama günüdür. ( International Hug Day)

Bu bayram ilk dəfə 1986-cı ildə Amerikada qeyd edilib. Bayramın ən əsas cəhəti həmin gündə yaxın və doğma adamlarından başqa, hətta tanımadığın adamları belə qucaqlamaqdır.

Bayramın yaşının çox olmadığını nəzərə alsaq, onun ilk dəfə kim tərəfindən və necə yarandığını öyrənmək asan olsa da, indiyə kimi belə bir maraqlı bayramın kimin ağlına gəldiyi bəlli deyil.

Psixoloqların fikrincə, qucaqlaşma insanı sakitləşdirən, əsəbləri soyudan və maksimum dərəcədə rahatlıq yaradan hərəkətlərdən biridir.

Sevdiklərini və əzizlərinizi qucaqlamağı unutmayın...

AzNews.az