Belarusun paytaxtı Minsk şəhərində şokoladdan otaq açılıb Belarusun paytaxtı Minsk şəhərində şokoladdan otaq açılıb

Şokoladlı otaq

Belarusun paytaxtı Minsk şəhərində şokoladdan otaq açılıb



ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, otaq müxtəlif növ şokoladlardan hazırlanıb. Otaq bu gün Minskdəki "ALL" ticarət mərkəzində açılıb. Otaqda olan bütün əşyalar qara, südlü və ağ şkoladdan hazırlanıb. Ümumi sahəsi 20 kv.m olan belə bir unikal otağın hazırlanmasında 600 kiloqram şirniyyat məmulatından istifadə olunub. Bunun 50 faizi qara, 30 faizi südlü və 20 faizi isə ağ şokoladdır.

Otağın montajı ilə iki ay ərzində Avropanın ən yaxşı və tanınmış şokolad ustaları məşğul olub.

Bu möcüzəli otağa 8 martdan 14 aprel tarixlərinə kimi səyahət etmək mümkün olacaq. Sərgi bitdikdən sonra isə bu şokoladlar müxtəlif hissələrə bölünərək bura gələnlərə paylanılacaq.

AzNews.az