Onlar vergidən yayınmaqda ittiham olunur Onlar vergidən yayınmaqda ittiham olunur

Ekstrasenslərə qarşı müdhiş iddia - 46,4 milyon

Onlar vergidən yayınmaqda ittiham olunur


Rusiyada olduqca məşhur olan, azərbaycanlı ekstrasenslərin də iştirak etdiyi "Ekstrasenslərin döyüşü" proqramı ilə bağlı qalmaqal yaranıb.

Proqramın yaradıcısı olan "Kefir Prodakşn"ın baş direktoru Vladislav Seversev 46,4 milyon rublu vergidən yayındırmaqda ittiham edilir. İstintaqın ehtimalına görə, vergi 2008-2010-cu illər arasında olan dövrə aiddir. Məhz həmin illərdə proqram maq və cadugərləri cəlb edərək bütün ölkədə məşhurluq qazanmışdı.

Baş direktor hələlik həbs edilməsə də, yaxın günlərdə onun barəsində həbs qətimkan tədbiri seçiləcəyi istisna edilmir.

Qeyd edək ki, bundan əvvəl də azərbaycanlı ekstrasens Zirəddin Rzayev də həmin proqramda iştirak edərək 2-ci yet tutmuşdu. Ancaq daha sonra ekstrasensin ailəsi və uşaqlarına təhdidlər gəldiyindən Z.Rzayev polisə müraciət etmişdi.

Elnarə Əlosmanqızı
AzNews.az