İki pilot təyyarə havada olarkən yemək üstündə dava edib. İki pilot təyyarə havada olarkən yemək üstündə dava edib.

Pilotlar havada yumruq davasına çıxdı

İki pilot təyyarə havada olarkən yemək üstündə dava edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə İrak Hava Yollarına aid Məşəd-Bağdad səfərində baş verib.

Bir anda yumruq davasına çıxan pilotlarından kabinəsindən gələn səslərdən sonra sərnişinlər hadisədən xəbər tutub. Bəzi sərnişinlər hadisə zamanı çəkdikləri videoları sosial şəbəkədə paylaşıb. Politların 157 sərnişinin həyatını təhlükəyə ataraq dava etməsi qısa zamanda ölkədə ən çox müzakirə edilən mövzu olub.

İrak Nəqliyyat Nazirliyi hadisənin yayılmasından sonra dava edən hər iki pilotun dərəcələri ləğv edib.

Nazirlikdən verilən açıqlamada kapitan pilot Raad Məhəmməd Yakubun təqaüdə göndərildiyi, köməkçi pilot Əli Əhməd Salehin isə vəzifəsindən azad edildiyi bildirilir.