İngiltərə alimləri eradan əvvəl 480-ci ildə afınalı dramaturq Evripidin bir tamaşasında ifa olunmuş mahnını həmin dövrdən qalma papirusdan istifadə edərək yenidən səsləndiriblər. İngiltərə alimləri eradan əvvəl 480-ci ildə afınalı dramaturq Evripidin bir tamaşasında ifa olunmuş mahnını həmin dövrdən qalma papirusdan istifadə edərək yenidən səsləndiriblər.

İngilislər 2500 illik mahnını “diriltdilər”

İngiltərə alimləri eradan əvvəl 480-ci ildə afınalı dramaturq Evripidin bir tamaşasında ifa olunmuş mahnını həmin dövrdən qalma papirusdan istifadə edərək yenidən səsləndiriblər.

Aznews.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, Oksford Universitetinin alimləri eradan əvvəl yazılmış və bəstələnmiş yunan mahnılarını xor və musiqi alətləri ilə yenidən ifa ediblər. Mütəxəssislər e.ə. 750-350-ci illər arasında yaşamış, başda Homer və Sapfo olmaqla bir çox yunan ədəbiyyatı nümayəndələrinin mahnılarının xor, musiqi və bəzən rəqslə bərabər səsləndirildiyini deyiblər. Lakin bu məlumatlara rəğmən həmin mahnıların bəstələrinin necə olduğu ilə bağlı informasiya yox idi.

İngilis musiqişünaslar Evripidin Orestesin anasını öldürdükdən sonra yaşadıqları haqqında yazdığı bir faciədə səsləndirilmiş mahnının mövcud məlumat əsasında yenidən ifa olunmasına nail olublar. Alimlər o vaxtdan qalmış papirusdan yararlanaraq nəfəsli musiqi alətləri ifaçıları Barnebi Braun və Kallum Armstronqla birlikdə xor və fleyta müşayiəti ilə antik yunan musiqisini yenidən canlandırıblar.

Qeyd edək ki, Oksford Universiteti 2013-cü ildən bəri qədim yunan musiqilərinin necə bir hiss oyandırdığına dair tədqiqatlar aparır.

Nurlan AĞA
Aznews.az