- Dünyanın halı
- 29 Oktyabr 22:08
- 1 345
Suriya Kosovonun müstəqilliyini rəsmən tanıdı
Kosovo, 17 fevral 2008-ci ildə Serbiyadan birtərəfli qaydada müstəqilliyini elan etmişdi.
Türkiyənin başçılıq etdiyi çoxsaylı ölkələr Kosovonun müstəqilliyini dərhal tanımış, son tanıma qərarları isə 26 martda Keniyadan və 12 apreldə Sudandan gəlmişdi.
Kosovonun müstəqilliyini tanıyan digər ölkə isə Suriya oldu.
Rəsmi açıqlamada, Kosovonun müstəqilliyinin tanınmasının “Ərəb dünyası adından aydın və şərhsiz bir mövqe” olduğu vurğulanaraq belə deyildi:
“Dəməşq rəhbərliyi, Kosovo Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirməyi və iki ölkə ilə xalqların ortaq maraqlarına xidmət edəcək şəkildə beynəlxalq platformalarda diplomatik əlaqələndirməni artırmağı hədəfləyir.”
Kosovo prezidenti Vjosa Osmani isə ölkəsini tanıyan Suriya rəhbərliyinə təşəkkür etdi.
Osmani, verdiyi açıqlamada, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda əldə olunan razılaşma ilə Suriyanın Kosovonu rəsmi şəkildə tanıdığını xatırladıb.
Kosovonu tanımaq qərarına və xalqına verdiyi dəstəyə görə Suriya prezidenti Əhməd Şaraya təşəkkür edən Osmani bildirib:
“Kosovo və Suriya xalqları azadlıqlarına qovuşmaq üçün çox əzab çəkdi və fədakarlıq göstərdi. Buna görə də bu gün baş verən qarşılıqlı tanınma təkcə dövlət suverenliyi ilə bağlı deyil, həm də bir çox nəsillərin azad yaşamaq uğrunda göstərdiyi fədakarlıqların tanınması deməkdir.”
Mövsüm,
AzNews.az