İstər coğrafi, istərsə də etnik baxımdan sırf Azərbaycan dövləti kimi qurulan, tezliklə orta çağların nəhəng imperiyalarından birinə çevrilən Səfəvilərin Şah-i-mərdanı Birinci İsmayıl vəfat etdikdə yaşı 37-ni təzəcə keçmişdi. Canını Sərab mahalındakı Mənqutay adlı bir yerdə tapşırmışdı. Dörd oğlu vardı, böyüyü Təhmasibdi. Anası türkmən, özü 11 yaşının içində olan Təhmasib atasının yerini 1524-cü ilin may ayının 23-də tutdu, nə az-nə çox, düz 52 il Səfəvi xanədanına şəhriyarlıq etdi. Yaxşı padşah idi. Qəsdimiz onun ölüm gecəsində yaşananlar və qəbrinin dəfələrlə köçürülməsi barədə qaynaqlardakı məlumatları bölüşmək olduğundan Şah Təhmasibin yarım əsrdən bir qədər çox dövrü əhatə edən hakimiyyət illərinin üstündən sürətlə, elə yuxarıdakı bircə cümlə ilə keçək, icazənizlə. Əlüstü varaq 1576-cı ilə, dayanaq Səfəvilərin Qəzvindəki sarayının bir küncündə. İstər coğrafi, istərsə də etnik baxımdan sırf Azərbaycan dövləti kimi qurulan, tezliklə orta çağların nəhəng imperiyalarından birinə çevrilən Səfəvilərin Şah-i-mərdanı Birinci İsmayıl vəfat etdikdə yaşı 37-ni təzəcə keçmişdi. Canını Sərab mahalındakı Mənqutay adlı bir yerdə tapşırmışdı. Dörd oğlu vardı, böyüyü Təhmasibdi. Anası türkmən, özü 11 yaşının içində olan Təhmasib atasının yerini 1524-cü ilin may ayının 23-də tutdu, nə az-nə çox, düz 52 il Səfəvi xanədanına şəhriyarlıq etdi. Yaxşı padşah idi. Qəsdimiz onun ölüm gecəsində yaşananlar və qəbrinin dəfələrlə köçürülməsi barədə qaynaqlardakı məlumatları bölüşmək olduğundan Şah Təhmasibin yarım əsrdən bir qədər çox dövrü əhatə edən hakimiyyət illərinin üstündən sürətlə, elə yuxarıdakı bircə cümlə ilə keçək, icazənizlə. Əlüstü varaq 1576-cı ilə, dayanaq Səfəvilərin Qəzvindəki sarayının bir küncündə.

Dörd dəfə dəfn olunan Şah Təhmasib Səfəvinin məzarı haradadır?- Taleh Şahsuvarlı yazır

İstər coğrafi, istərsə də etnik baxımdan sırf Azərbaycan dövləti kimi qurulan, tezliklə orta çağların nəhəng imperiyalarından birinə çevrilən Səfəvilərin Şah-i-mərdanı Birinci İsmayıl vəfat etdikdə yaşı 37-ni təzəcə keçmişdi. Canını Sərab mahalındakı Mənqutay adlı bir yerdə tapşırmışdı. Dörd oğlu vardı, böyüyü Təhmasibdi. Anası türkmən, özü 11 yaşının içində olan Təhmasib atasının yerini 1524-cü ilin may ayının 23-də tutdu, nə az-nə çox, düz 52 il Səfəvi xanədanına şəhriyarlıq etdi. Yaxşı padşah idi. Qəsdimiz onun ölüm gecəsində yaşananlar və qəbrinin dəfələrlə köçürülməsi barədə qaynaqlardakı məlumatları bölüşmək olduğundan Şah Təhmasibin yarım əsrdən bir qədər çox dövrü əhatə edən hakimiyyət illərinin üstündən sürətlə, elə yuxarıdakı bircə cümlə ilə keçək, icazənizlə. Əlüstü varaq 1576-cı ilə, dayanaq Səfəvilərin Qəzvindəki sarayının bir küncündə.

İskəndər bəy Münşinin təbirincə desək, xəbərlərdən hali olanlara və sələflərin əsərlərini mütaliə edənlərə məlum olsun ki, vardığımız tarixdən hələ iki il öncə şah nasazlamışdı, canı sözünə baxmırdı, iki ay çəkən xəstəliyi dedi-qodulara rəvac vermişdi. Əlbəttə, belə dedi-qodular sarayda, sadəcə, şayiə və güman şəklində qalmır, taxta gözü olan şahzadələri, onların ətəyini hər kəsdən qabaq və çox öpmək istəyən əyanları, bilxassə mərkəzi hakimiyyətə tabeçilikdən boyun qaçırmağa girəvə gözləyənləri hərəkətə keçirir. Xoşbəxtlikdən şahın səhhəti düzəldi, lakin həmin mərəz dövlətin canından çıxmadı. Əzəmətli şahzadələr, qüdrətli əmirlər və hiyləgər əyanlar iki cinaha bölündülər, “Allah eləməmiş, Şahımızın başına bir iş gələrsə...” gümanına sarılaraq tədbir tökməyə başladılar.

Şahın böyük oğlu Məhəmmədin gözləri yaxşı görmürdü, əmirlər və əyanlar “kordan bizə xaqan olmaz” deyibən ona bənd olmurdular. Qəhqəhə qalasına sürgün edilmiş İsmayıl mirzə- yaşına görə ikinci şahzadə- bir zamanlar döyüşlərdə göstərdiyi rəşadət müqabilində camaatdan daha çox rəğbət görürdü, türkmən əmirlər də onu dəstəkləyirdi, ən əsası arxasında Səfəvi xanədanın tarixə bəxş etdiyi misilsiz qadınlardan biri, adı dillərdə dastan olan ağ örpəkli Pərixanım sultan dayanırdı. Ancaq İsmayılın adı gələndə Ustaclı bəylərinin, əmirlərinin canına vəlvələ düşürdü, əslinə və dövlətin müqəddaratına baxanda haqsız da deyildilər. İsmayıl həm kinli və qaniçən, həm də əyyaş və nəşəxordu. Ustaclılar Şahın əmizadəsi sayılan Sədrəddin xan Səfəvi və xanədan tayfası olan Şeyxavəndlərlə birgə gürcü qadından doğulmuş Heydər mirzəyə qahmar çıxırdılar. Bu rəqabət heç də daldada getmirdi, özünü “Şahsevən” adlandıran birinci dəstə Heydər Mirzənin tərəfdarlarına “iki birli”, yəni “ibnələr” deyə hər yerdə tənələr yağdırırdı. Elə ki, Şah Təhmasib kəfəni yırtdı, Pərixan sultanın təhriki ilə Heydər mirzə Şahın hüzürunda o ki var qaralandı, birinin üstünə beşini qoyub oğlu atanın gözündən saldılar. Söhbət, əlbəttə, edilən yerdə, taxtın qırağında qalmadı, sarayın pəncərələrindən xısın-xısın axıb külli-səltənətə yayıldı. Bu söhbətlərdən sonra Şahın qəlbinə gəldi ki, birdən Heydər mirzənin tərəfdarları Qəhqəhə qalasında dişlərinin çoxu tökülmüş İsmayılı aradan götürərlər, ona görə də böyük oğlunu qorumağa on-on beş qorçu göndərdi.

Təhmasib şahın bir təbəəsi vardı, adına Zal bəy Gürcü deyərdilər. Bacısı hərəmxanada idi, özü isə hökmdar qaynının hamam işlərinə baxırdı. Heydər mirzənin tərəfini tutduğundan adı “çörəyi dizinin üstündə olanlar” sırasında çəkilirdi, belə bir adamın da I Təhmasibin başına su tökməsinə “şahsevənlər”in könlü razı olmurdu. Elə bu səbəbdən də Şahın hamam günü yığışıb mübarək sarayın darvazasına gəldilər, o yandan da xəbəri qulağı alan şeyxavəndlər, ustaclılar və gürcülər yaraqlanmağa qərar verdilər. Qanın su yerinə axmasına Şah özü imkan vermədi, Zal bəyi hüzuruna çağırdı və ona “rahatca gedib öz işi məşğul olmağı” tapşırdı. Bu buyruq aranı bir qədər sakitləşdirdi, Heydər mirzənin üzərindəki basqını da xeyli dərəcədə götürdü, amma mövqelərini möhkəmləndirmədi. Şahın xəstələndiyi vaxtdan keçən iki il ərzində onun nüfuzlu tərəfdarlarının bir çoxu saraydan uzaqlaşdırıldı. İşə baxın ki, o hadisədən iki il sonra Şahın bədəni hamamda yandı, nurənin açdığı yaralar onu yenidən yatağa saldı, qızdırma verdi.

13 may 1576-cı il. Səfəvilərin Qəzvindəki qırx sütunlu sarayında əksər şahzadələr yan-yana düzülmüş, gözlərini ölüm yatağındakı xaqana zilləmişdilər. Axırda bu qənaətə gəlmişdilər ki, heç bir təşvişə səbəb yoxdur və otaqdan çəkilmişdilər. Bircə ayağını Heydər mirzə ləngitmişdi. Kimi deyir, Heydər mirzənin başında qalmasını Şah özü məsləhət bilib, kimisi də and içir ki, Şahzadə öz anasının tənbehi ilə sarayı tərk etməyib. Görünür, Şahın səhərə sağ çıxmayacağını hiss etdiyindən ana oğluna belə yol göstərmişdi ki, çalış sarayda qal, taxt-taca sahib çıx, xəzinənin açarlarını ələ keçirib orduya bəxşiş payla, hər kəsi öz tərəfinə çək... Və bu məsləhət 22 yaşlı Heydər mirzənin də ürəyinə yatdığından, o, “Dövranın yeganə”si sayılan Şahın ölümünə yeganə şahid olmuşdu. Fəqət özü də çox yaşamayacaq, atasının vəfatından bircə gün sonra Quranı gözünün üstünə qoyaraq və əlini öpərək ona biət etdiyini söyləyən bacısı Pərixan sultanın qızışdırdığı qiyamçılar tərəfindən tac qoyduğu başı kəsiləcəkdi...

... Qəzvin qüssəliydi, şəhərin hər yerində “şəhriyar hanı” deyə mərsiyələr oxunurdu. Əmirlərin məsləhəti, Pərixan sultanın icazəsi ilə dövrün üləma və fəqihləri başda Seyid Həsən Cəbəlameli olmaqla saraya girmiş, dünyadan köçmüş padşahı qüsl eləmiş, hərəmxana bağçası və divanxana arasında yerləşən “Şirvani” adlı yurdda əmanət təriqi ilə dəfn eləmişdilər. Bu, Səfəvi imperiyasının ikinci şahının ilk məzarı idi. Ona ikinci məzar yerini də elə Qəzvin torpağı vermişdi...

Handan-hana Qəhqəhədən qəhqəhə çəkə-çəkə Qəzvinə yetişmiş İsmayıl mirzə saraya daxil olmağa tələsmir, arada Səadətabad bağını seyr etməklə vaxtını gah nüfuzlu sufilərin, gah da bacısı Pərixan sultanın evində keçirirdi. Doğrusu, buna “vaxt keçirmək” demək, çox da yerinə düşmür, çünki şahlıq quşu başına qonmuş II İsmayıl əldə etdiyi iqtidarın gözünün qabağındakı şəriklərini təmizləyirdi. Cülusu gecikdirməsi söz-söhbətə səbəb olduğundan bir qədər tələsməli oldu, rəsmən dövlətin başına indiki təqvimlə 23 avqustda keçəcəyinə vəd verdi. Atasının nəşi isə hələ də “Şirvani” yurdunda idi...

Cülusdan əvvəl onun əmri ilə mərhumun yaraq-yasağı Qəzvindəki Hüseyn imamzadəsinə aparıldı, orada çadırlar quruldu, halva çalındı, ehsan verildi. Birinci Təhmasibin cəsədini İsmayıl “Çehelsütun” sarayından öz çiynində çıxardı və onunla eyni yükün altına qardaşları da girdi. Daha sonra cülusa hazırlaşan mirzə ata mindi, digər şahzadələr isə atalarını imamzadəyə çiyinlərində gətirdilər. Orada yaxşı hafizlər Quran oxudu, sandığa qoyulmuş cəsəd yenə müvəqqəti olaraq- “payızda Məşhədə aparılana qədər” imam övladının yanına basdırıldı.

Bir müddət sonra, İsmayıl adına sikkə basdırar-basdırmaz din xadimlərinin iştirakı ilə meyit həmin qəbirdən çıxarıldı, Şahın fərmanı ilə nəşin Məşhədə- şiələrin müqəddəs şəxsiyyəti İmam Rzanın rövzəsinə aparılması oraya yeni hakim təyin olunmuş Mürtəzaqulu xan Pornaka və Herat bəylərbəyi Əliqulu xan Şamlıya havələ edildi. Cənazəni qorumaq üçün üç yüz say-seçmə qorçu ayrıldı.

Sözün düzünü danışanlardan olan İskəndər bəy Münşi yazır: “Oranın mütəvəlli və xidmətçilərinin məsləhəti ilə onu düşmənlərdən qorumaq üçün üç-dörd yerdə qəbir qazıldı. Əhali bir neçə gün həmin qəbirlərə göz oldu. Həmin axşamı Seyid Əli Astrabadi və Seyid Əli Sədr Şüştərinin arasındakı ixtilafı görən Şeyx Həsən Həffar Məşhədin müqəddəs hərəminin qapısını bağlayıb, mübarək zərihin yanında başqa bir qəbir qazaraq, həmin qiymətli gövhəri o pak torpağın sədəfində gizlətdi. Başqa qəbirlər torpaqla dolduruldu, (şahın mübarək ayağının) aşağı tərəfində baş daşı ucaldıldı. Cənnətməkan şahın qəbrinin xidmətçiləri məzarın üstündə şamlar yandırırdı. Əhali arasında həmin yer cənnətməkan şahın qəbir yeri kimi şöhrət tapmışdı”.

1589-cu ildə Buxara hakimi Əbdülmömin xan Şeybaninin qoşunları Məşhədi işğal edir. İmam Rzanın rövzəsi sayaq, orada dəfn olunan Səfəvi xanədanın üzvlərinin məzarları da özbəklərin nəzarətinə keçir. Əbdülmömin, çox güman, Səfəvi hakimiyyətini gözdən salmaq, bəlkə də sülaləsinin tarixi qisasını almaq üçün orada dəfn olunan xanədan üzvlərinin qəbrini qazdırır, sümüklərini çıxarır, bir sözlə, məzarlarını və ruhlarını təhqir etdirirdi. Lakin məzarlar gizli saxlandığından və azca yuxarıda bəhs edildiyi kimi, xalqa qəsdən yanlış göstərildiyindən cəmi bir-iki qəbir açılmışdı. Ancaq yerin də qulağı var, deyiblər, bir müddət sonra Təhmasib şahın qəbrinin əsl yeri onun ovcuna qoyuldu. Dərhal o, Dostum Bahadır adlı muzdlu döyüşçüsünə Şahın sümüklərini məzardan çıxarmağı tapşırdı.

Deyilənə görə, Dostum əmri yerinə yetirir. Sümüklər qəbirdən çıxarılır və kisəyə yığılır. Kisənin ağzı Məşhəd hakimi tərəfindən möhürlənir. Əmrə görə, Şah Təhmasibin sümükləri Buxaraya göndərilməli, orada nümayişkaranə şəkildə təhqir olunmalıydı. Həmin kisə bir müddət Məşhədin Cənabək adlı səmtində saxlanır, sonra Mavərünnəhrə aparılır. Dostum Bahadır orada əslən İsfahandan olan Pəhləvan Şahəli bəy oğlu Rzaqulu adlı bir nəfərin evində qalır. Ev sahibi məsələdən hali olunca, Dostum Bahadıra iltifat göstərir və onu inandırır ki, kisəni Buxaraya deyil, qızılbaşlara təhvil versə, daha çox ənam ala bilər. Onlar birlikdə Təbəs şəhərinə gəlir, kisəni bölgənin hakimi Mehrab xan Qacarın qarşısına qoyurlar. Rzaqulu bəy xana məsələni az öncə dediyimiz kimi danışsa da, Dostum Bahadır and içir ki, təklifi şəxsən özü irəli sürüb. Guya gecə bir yuxu görüb və yuxuda ona deyilib ki, Şahın sümüklərini qaytar İsfahana apar.

Mehrab xan vaxt itirmədən Şah Abbasa çapar göndərir. Şah aldığı xəbərə çox sevinir və əmr verir ki, Təbəsdən İsfahana qədər bütün yol boyu cəsəd hörmətlə aparılsın, yerli camaatlar Rzaqulu bəyə və Dostuma ehtiram göstərsin, valilər xələt verməkdə göylük eləməsinlər. Cənazə İsfahana çathataçda Şah şəhərdən çıxır, babasının sümükləri yığılan tabutu çiyninə alaraq dövlət ərkanı ilə birlikdə paytaxta gətirir, İmam Əli Zeynalabdin əleyhüssalamın şərafətli büqəsində yerə qoyur. İsfahan əhli böyük maraqla mərasimə axışır. Şah Abbasın əmri ilə kimsəyə məlum olmayan, lakin “müqəddəslərin yatdığı” bir yerdə xəlvətcə dəfn edilir.

Əsas sual isə budur: Şah Abbasın əldə etdiyi kisədəki sümüklər, doğrudanmı babası Şah Təhmasibə məxsus idi?

Qaynaqlarda keçən məlumatlara görə, özbəklər Məşhəddən çıxarıldıqdan sonra qəbirlər incələnmiş, aşağı səfdə uyuyan məzarların dağıdıldığı aşkarlanmış, Dostum Bahadırın söylədikləri də öz təsdiqini tapmışdı. Xorasan Səfəvilər tərəfindən yenidən alındıqdan sonra isə Şeyx Həsən Həffar adlı dövrün nüfuzlu və məlumatlı adamlarından biri- Şah Təhmasibin Məşhəddəki qəbir yerini müəyyən edən şəxs İskəndər bəy Münşiyə bir sirr açmışdı. Demişdi ki, imam Rzanın yaxınlığında basdırılmış şəxs Şah Təhmasib deyil, həmin ərəfədə vəfat etmiş ağır cəddli bir seyiddir. Və and içmişdi: "Cənnətməkan şahın mübarək qəbrinə naməhrəm əli dəymədi".

Taleh Şahsuvarlı,

AzNews.az saytının Baş redaktoru