SEPAH: Hörmuz açılmayacaq

Hörmuz boğazındakı vəziyyət “qəti və dominant şəkildə” nəzarətimizdədir. ABŞ Prezidentinin bəyanatlarına baxmayaraq, “millətin düşmənlərinin üzünə açılmayacaq”.

“Al Jaazera”nın xəbərinə görə, bu barədə SEPAH-ın yaydığı bəyanatda qeyd olunub.

Bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Prezidenti ondan atəşkəs istəyib. Tramp əlavə edib ki, bu istəyi “Hörmuz boğazı açıq, sərbəst və təhlükəsiz olduqda” nəzərdən keçirəcək.

Aznews.az