- Köhnə - Maraqlı
- 25 Avqust 2018 16:59
- 20 393
Rus qızları Antalyada bir hoqqa çıxardı ki...

Antaliyanın Manavqat şəhərinə tətilə getmiş iki rus turist qaldıqları otel otağına ziyan vurduqları üçün Antaliya Hava Limanında saxlanılıblar.
AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, Oleq A. və Elena M. adlı turistlər içki içdikdən sonra qaldıqları otel otağına zərər yetiriblər.
Rusiyalı turistlər oteldən çıxdıqları vaxt işçilər otağı yoxlayıblar və dəymiş ziyan haqqında rəhbərliyə xəbər veriblər. Rəhbərlik Səlimiyyə polis idarəsinə iki turist haqqında da şikayət bildirib.
Oleq A. və Elena M. ölkədən çıxmağa hazırlaşarkən Antaliya Hava Limanı polisi tərəfindən saxlanılıblar. Onlar içki qəbul etdikləri üçün olanları xatırlamadıqlarını deyiblər.
Rus turistlər dəymiş ziyanın əvəzini ödəyərək, otel rəhbərliyi ilə razılaşma əldə ediblər. Proseslərdən sonra turistlər sərbəst buraxılıb.
Nurlan AĞA,
AzNews.az