Bu gün müstəqil Çexoslovakiya dövlətinin yaranmasının 100 illiyinə həsr olunmuş bayram tədbirləri çərçivəsində ABŞ-ın məşhur ali təhsil ocaqlarından biri olan Kolumbiya Universitetində Çex Respublikasının ilk Prezidenti Vatslav Havelin büstünün təntənəli açılışı olacaq. Mərasimdə Birləşmiş Ştatların sabiq dövlət katibi, Praqada doğulmuş Madlen Olbrayt iştirak edəcək. Bu gün müstəqil Çexoslovakiya dövlətinin yaranmasının 100 illiyinə həsr olunmuş bayram tədbirləri çərçivəsində ABŞ-ın məşhur ali təhsil ocaqlarından biri olan Kolumbiya Universitetində Çex Respublikasının ilk Prezidenti Vatslav Havelin büstünün təntənəli açılışı olacaq. Mərasimdə Birləşmiş Ştatların sabiq dövlət katibi, Praqada doğulmuş Madlen Olbrayt iştirak edəcək.

Nyu-Yorkda Vatslav Havelin büstü qoyulacaq

Bu gün müstəqil Çexoslovakiya dövlətinin yaranmasının 100 illiyinə həsr olunmuş bayram tədbirləri çərçivəsində ABŞ-ın məşhur ali təhsil ocaqlarından biri olan Kolumbiya Universitetində Çex Respublikasının ilk Prezidenti Vatslav Havelin büstünün təntənəli açılışı olacaq. Mərasimdə Birləşmiş Ştatların sabiq dövlət katibi, Praqada doğulmuş Madlen Olbrayt iştirak edəcək.

M.Olbrayt Havelin irsi və müasir qlobal problemlər mövzusunda nitq söyləyəcək. Kolumbiya Universitetinin dəvəti əsasında dövlət xadimlərinin, alimlərin, nüfuzlu şəxslərin iştirak edəcəyi tədbir qlobal problemlərin və müasir sivilizasiyanın perspektivlərinin müzakirə olunduğu “World Leaders Forum” illik simpoziumu çərçivəsində keçirilir.(AZƏRTAC)

AzNews.az