İranda İsrail əsgərlərinin əks olunduğu posterin quraşdırılması böyük qalmaqala səbəb olub. İranda İsrail əsgərlərinin əks olunduğu posterin quraşdırılması böyük qalmaqala səbəb olub.

İranda öz əsgərlərini İsrail hərbçiləri ilə səhv saldılar - Qalmaqal

İranda İsrail əsgərlərinin əks olunduğu posterin quraşdırılması böyük qalmaqala səbəb olub.

Hadisə Şiraz şəhərində baş verib.

Yerli sakinlər posterdə əks olunan əsgərlərin İsrail ordusunun hərbi geyimində olduqlarını, əllərində isə ABŞ istehsalı olan M16 tüfənglərinin olduğunu görüblər. Hətta orijinal fotoda qız da olub.

Şəhər rəhbərliyi artıq məsələ ilə bağlı araşdırma aparılması barədə göstəriş verib.

Əslində poster İran-İraq müharibəsində həlak olan iranlı əsgərlərin xatirəsinə həsr olunmalı idi.(oxu.az)

AzNews.az