Pele haqqında 15 kq-lıq kitab nəşr olundu

Braziliyada məşhur futbolçu Pele haqqında yeni kitab nəşr olunub.
"1283" adlanan (Pelenin karyerası ərzində vurduğu qolların sayı) kitabın çəkisi 15 kq-dır. Kitabın təqdimat mərasimində 72 yaşlı futbolçu çıxış edib.

500 səhifədən ibarət kitab 500 fotoşəkil və Pelenin karyerası haqqında 1283 məqalədən ibarətdir.

Kitabın tirajı 1283 nüsxə təşkil edib ki, onların hər biri futbolçu tərəfindən imzalanıb. Kitab iki variantda nəşr olunub. "Adi" nəşrin qiyməti 1700 dollar, Pelenin fotoşəkli və avtoqrafının daxil edildiyi xüsusi nəşrin qiyməti isə 2600 dollar təşkil edəcək.(trend)

AzNews.az