Tayson Hoyfildin qulağını 16 ildən sonra qaytardı - VİDEO

Əfsanəvi boksçu Mayk Taysonun 1997-ci ildə rinqdə rəqibinin qulağını qopartması bütün dünyada hadisə olmuşdu. Tayson 16 il sonra qopardığı qulağı sahibinə qaytarıb.

Qulağını qopardığı rəqibi Evander Hoyfild ilə bir reklam filmində bir araya gələn Tayson qapısını döydüyü rəqibinə bir hədiyyə qutusu uzadaraq içindəki qulağı rəqibinə qaytararkən görülür.

Reklamda Tayson Hoyfildə:

"Qulağını geri ala bilərsən, onu xarab olmamamsı üçün bu qədər il "Formaldehit" içində saxladım"- deyib.

Qeyd edək ki, Tayson 6 ay əvvəl keçmiş rəqibiylə verlişlərin birində barışmış və onu çox sevdiyini ifadə etmişdi.

Onu da bildirək ki, Tysonun 16 il əvvəlki hadisədən sonra boks rinqinə çıxması müddətə qadağan edilmişdi.




AzNews.az