Dilmanc İmla sisteminin yeni versiyası yaradıldı

Şifahi nitqi mətnə çevirən Dilmanc İmla sisteminin yeni versiyası yaradılıb.

AzNews.az xəbər verir ki, sistemin yeni versiyasını layihənin www.dilmanc.az səhifəsindən yükləmək mümkündür (dilmanc.az/dilmanc-imla). Əvvəlki versiyadan fərqli olaraq bu versiyada istənilən redaktorda (məs. Microsoft Word, Notepad və s.) işləmək imkanı yaradılıb.

Bundan əlavə kursoru istənilən mətn pəncərəsinə (məsələn, brauzerin axtarış kriteriyası yazılan pəncərəsi, elektron cədvəllərin xanası və s.) qoymaqla mətn daxil etmək mümkündür.

Dilmanc layihəsi Azərbaycan dili üçün yeni texnologiyaların yaradılması istiqamətində işləri davam etdirir.

AzNews.az
image description image description image description