Stratosferdən atılışın yeni VİDEOSU


AzNews.az Youtube videoservisində yayımlanan Feliks Baumqartnerin stratosferdən rekord tullanışının yeni videoyazısını sizə təqdim edir. Videoda 39 min kilometr yüksəklikdən kapsuladan tullanış, uçuş və yerə enmə nümayiş olunur.

Həmçinin videoyazıda Baumqartnerin tullanışına kömək edən mütəxəssislərlə danışıqları da öz əksini tapıb.
Baumqartner 14 oktyabr 2012 - ci ildə stratosferdən tullanıb. Paraşütçünün 36 kilometrlik uçuşu 4 dəqiqə çəkib, maksimal sürət 1357.6 km.saat olub. O ilk adam olub ki, heç bir nəqliyyatdan istifadə etmədən səs sürətinin baryerini keçib.




Əli
AzNews.az