- Köhnə - Maraqlı
- 3 Fevral 2014 13:59
- 2 934
BSU-nun tələbələrinə Türkiyə universtetinin diplomu veriləcək

Bu barədə razılaşma BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyənin Kadir Has Universitetinə səfəri zamanı əldə edilib.
Universitetlə tanışlıqdan sonra dəvətə görə təşəkkür edən prof. Kamal Abdullayev türkiyəli həmkarını Bakı Slavyan Universitetinə dəvət edib. Kadir Has Universitetinin rektoru prof.dr. Mustafa Aydın da öz növbəsində tanışlıqdan məmnunluğunu ifadə edərək universitetlər arasında qarşılıqlı əlaqələrin bütün mümkün variantlarının müzakirə olunmasının vacibliyini vurğulayıb.
Görüşdə Bakı Slavyan Universiteti ilə Türkiyənin Kadir Has Universiteti arasında Anlaşma Memorondumu imzalanıb. Sözügedən müqavilədə universitetlər arasında bakalavr və magistratura səviyyəsində tələbələrin, eyni zamanda müəllim və tədqiqatçıların mübadiləsi nəzərdə tutulur.
Bundan başqa, Bakı Slavyan Universiteti ilə Kadir Has Universiteti arasında birgə tədqiqatlar aparılaraq layihələr gerçəkləşdiriləcək. Birgə yay məktəblərinin təşkili də universitetlər üçün prioritet məsələlərdəndir.
Qeyd edək ki, Kadir Has Universiteti geniş beynəlxalq əlaqələri və yüksək səviyyəli kadrların yetişdirilməsinə görə Türkiyədə xüsusi nüfuza malik təhsil müəssisələrindən biridir.
Rəhim Qədirov
AzNews.az