- Köhnə - Maraqlı
- 5 Fevral 2014 13:11
- 3 500
Azərbaycan 10 beynəlxalq sərgidə iştirak edəcək
Nazirlikdən verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti bu il artıq Türkiyənin İstanbul şəhərində keçirilən EMITT turizm sərgisində iştirak edib.
Azərbaycan bu il ərzində martın 5-9-da Almaniyanın Berlin şəhərində, martın 11-22-də Moskva şəhərində, martın 26-28-də Ukraynanın Kiyev şəhərində, aprelin 23-25-də Qazaxıstanın Almatı şəhərində, mayın 5-8-də Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində, mayın 20-22-də Almaniyanın Frankfurt şəhərində, sentyabrın 23-26-da Fransanın Paris şəhərində, noyabrın 3-6-da Böyük Britaniyanın London şəhərində keçiriləcək beynəlxalq turizm sərgilərində təmsil olunacaq.
Bu il Azərbaycanın iştirak edəcəyi son turizm sərgisi noyabrın 18-20-də İspaniyanın Barselona şəhərində təşkil ediləcək.
AzNews.az