“Region Gənclərinin I Sağlamlıq Forumu” keçiriləcək


Sabah Hacıqabul rayonunda "Region gənclərinin 1-ci Sağlamlıq Forumu"
öz işinə başlayacaq. Gənclər üçün Təhsil Mərkəzi tərəfindən təşkil olunan Forum Gənclər və İdman Nazirliyinin Hacıqabul rayon Gənclər və İdman İdarəsi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə keçiriləcək.

Forumun keçirilməsində məqsəd region gənclərinin sağlamlıq məsələlərinə diqqəti artırmaq, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işləri aparmaq, bu sahədə yeni təşəbbüslərin formalaşmasına dəstək vermək, o cümlədən gənclər arasında sağlam əməkdaşlıq imkanları yaratmaqdır. Forumda Şirvan, Hacıqabul, Səlyan, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Qobustan və Qaradağ rayonlarından 500-ə yaxın yeniyetmə və gənc iştirak edəcək.

Elnur
AzNews.az