“Şahdəniz“dən 50 milyard kubmetr qaz hasil olunub

Azərbaycanın "Şahdəniz" dəniz qaz-kondensat yatağının işlənməsinə başlanandan 51 milyard kubmetr qaz və 13,3 milyon ton qaz-kondensat hasil olunub. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin "Respublika" qəzetində dərc edilmiş məqaləsində deyilir.
g
ARDNŞ-nin vitse-prezidenti qeyd edib ki, 2013-cü ildə yataqdan 9 milyard kubmetr qaz hasil olunması planlaşdırılsa da, ötən il faktiki olaraq 9,8 milyard kubmetr qaz və 3,1 milyon ton kondensat hasil olunub". "Şahdəniz"dən qaz Cənubi Qafqaz qaz kəməri ilə (Bakı-Tbilisi-Ərzurum) Türkiyəyə və Gürcüstana ixrac edilir.

X.Yusifzadənin sözlərinə görə, belə ki, yataq işlənməyə başlayandan Türkiyəyə 27,4 mlrd. kubmetr, Gürcüstana isə 3,9 mlrd. kubmetr qaz ixrac olunub.

O, həmçinin bildirib ki, yatağın işlənməsinin ikinci mərhələsinin reallaşdırılması, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin tikilməsi ilə Azərbaycan qazı Avropa bazarlarına daxil olmağa başlayacaq.

AzNews.az