- Köhnə - Maraqlı
- 24 May 2014 12:50
- 13 471
“Seks işçiləri”nin sığınacağından- FOTOLAR
Çıxılmaz duruma qarşı mübarizə aparan qadınlar artıq ilk nəticəni də əldə ediblər. AzNews.az-ın məlumatına görə, təqaüdə çıxan qadınların indi bir yerdə yaşayadıqları sığınacaqları var.
"Kasa Şoçiketsal" adlandırılan sığınacaqda xeyli qadın yaşayır. Latın Amerikasında bir ilk olan bu sığınacaq əvvəl muzey olub. Burda qadınlara yemək, dərman və pul yardımı edilir. Müraciət edən qadınların sığınacağa qəbul edilməsi üçün yaşı 65-i keçməli, "seks işçisi" olmaq həddini keçməlidir. Karmen Munoz adlı veteran fahişənin dediklərindən: "14 yaşımda özümdən 10 yaş böyük adamla evləndirildim.15 yaşımda ilk dəfə ana oldum. Həyat yoldaşım gününü avara işlərlə keçirəndə mən evlərə gedib xadimə işləyirdim. Amma o pulları ərim əlimdən alıb. Mənim əlimə siqaretlə dağ basacağıyla hədələyirdi".
Qeyd edək ki, əhalisinin 80 faizi katolik olan Meksikada fahişəlik qanuni hesab olunur.
İntiqam Valehoğlu
AzNews.az