- Köhnə - Maraqlı
- 27 May 2014 12:01
- 5 673
İmtahanın nəticələri açıqlandı
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bakalavrlar imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.
Qeyd edək ki, qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra müsabiqə şərtlərini ödəmiş bakalavrlar mayın 29-dan iyunun 1-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər. 2014-2015-ci tədris ili üçün magistraturaya qəbul aparılan ixtisaslaşmalar və digər zəruri məlumatlar 4 saylı "Magistr" jurnalında dərc olunub.
AzNews.az