McDonald`s vegetarianlar üçün restoran açır


Dünyanın ən iri fast food şəbəkəsi olan McDonald`s gələn il Hindistanda vegetarianlar üçün ilk restoranını açacaq. Şİrkət restoranın şimaldakı müqəddəs şəhərlərdən sayılan Amritsarda açılacağını bildirib. Həmin şəhərdə isə müqəddəs sayıldığı üçün ət yeyilməsi qadağandır.

McDonald`sın Hindistanda 271 restoranı olsa da yerli adətlər üzündən onların bir çoxu menyularında dəyişiklik edir. Hindistan əhalisinin 80 faizini təşkil edən Hindular inəyi müqəddəs saydıqlarından mal əti yemirlər. qalan 20 faizini təşkil edən müsəlmanlara isə donuz əti haramdır.

AzNews.az