“Bu şəhərdə” Almaniyaya gedir

"Bu şəhərdə" Almaniyada konsert proqramı ilə çıxış edəcək.

Bunu AzNews.az-a açıqlamasında "Bu şəhərdə" teatrının bədii rəhbəri Müşfüq Abbasov deyib.

Onun sözlərinə görə, 28 may - Respublika Günü ilə əlaqədar Almaniyanın iki şəhərində könsert keçiriləcək: "Bu konsert Mədəniyyət və Turizm Nazirliyinin, həmçinin Alman-Azərbaycan Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə baş tutacaq. Konsertdə bu yaxınlarda Bakıda təqdim olunan "Qız gül" proqramı təqdim ediləcək".

M. Abbasov onu da əlavə etdi ki, konsertdə Azərbaycanın xalq artisti Nazpəri Dostəliyevanın da solo proqramı olacaq.

Bahar Rüstəmli
AzNews.az