Xoş ətir qadını daha cazibədar edir – Kəşf

Bir qrup ABŞ alimi xoş ətrin insanın cazibədarlığını artırdığını iddia edən açıqlama yayıblar.

AzNews.az-ın ABŞ mediasına istinadən verdiyi məlumata görə, araşdırmaçılar deyirlər ki, bu əsasən qadınlara aiddir: "Ətir müsbət və ya mənfi mənada əks effekt yaradır. Xoş ətir ətrafdakıları qadını daha cazibədar və daha gənc hesab etməyə vadar edir. O qədər də xoş olmayan ətir isə mənfi mənada əks effekt yaradır".

Alimlər bildiriblər ki, buna səbəb qoxunu və cazibədarlığı beynin eyni emal mərkəzinin qəbul etməsidir: "Eyni zamanda yaş və cazibədarlığın qəbul edilməsi rasional və emosional prosesdir. Ona görə də, onların iş mexanizmini daha dərin izzah etməkdə alimlər çətinlik çəkir".

Aydan Axundova
AzNews.az